Aqrotexniki xidmət

Aqrar sahədə göstərdiyimiz xidmətlər 

 Kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi iki üsulla həyata keçirilir:

1.

Texnikaların mexanizatorlara operativ lizinqə verilməsi

2.

Fermerlərə aqrotexniki xidmətlərin göstərilməsi

 

  • Texnikaların mexanizatorlara operativ lizinqə verilməsi

 Bu zaman Cəmiyyətin rayon bölmələrinin istifadəsinə ayrılmış texnikalar regionlarda xırda və orta təsərrüfat sahələrində aqrotexniki xidmətlərin həyata keçirilməsi məqsədilə mexanizatorların müvəqqəti istifadəsinə verilir. Belə ki, mexanizator Cəmiyyətin müvafiq Regional Nümayəndəliklərinə və rayon bölmələrinə müraciət edərək RN və RB-lərə ayrılmış və müvəqqəti istifadəyə verilməmiş azad texnikalardan operativ lizinq müqaviləsi bağlamaqla istifadə edə bilərlər. Müraciət edildikdən sonra 1-3 gün müddətində operativ lizinq müqaviləsi bağlanılır və mexanizatorlar tərəfindən texnika tam komplektləşdirilmiş və saz vəziyyətdə parkdan təhvil alınır.

 Zəruri olan sənədlərin siyahısı: 

·         texnikanı idarə etmə hüququ verən, müvafiq sənəd-sürücülük vəsiqəsi;

·         şəxsiyyət vəsiqəsi;

·         pambıqyığan, taxılyığan və s. kombaynlar üçün isə sertifikat.

 

  • Fermerlərə aqrotexniki xidmətlərin göstərilməsi

 Cəmiyyətin istifadəsinə ayrılmış texnikalar vasitəsilə xırda və orta təsərrüfat sahiblərinə aqrotexniki xidmətlərin həyata keçirilməsi üçün fermerlər müvafiq Regional Nümayəndəlik və rayon bölmələrinə müraciət edərək aşağıda göstərilmiş aqrotexniki xidmətlərdən növbəlilik prinsipi əsasında yararlana bilərlər.

"Aqroservis" ASC-nin yerli struktur bölmələri tərəfindən fermerlərə göstərilməsi nəzərdə tutulmuş aqrotexniki xidmətlər

1

Şum işi

2

Mala işi

3

Toxum səpini işi

4

Kultivasiya işi

5

Biçin işi ( ot, taxıl, soya, noxud, çəltik və s.)

6

Yığım işi (pambıq, günəbaxan, qarğıdalı dənlik və silosluq)

7

Yığılmış məhsulların qoşqular vasitəsilə daşınması

8

Mineral gübrə səpilməsi

9

Çiləyici ilə dərman səpilməsi

 "Aqroservis" ASC-nin yerli struktur bölmələri tərəfindən fermerlərə göstərilən aqrotexniki xidmətlərin iş vahidinin tarif cədvəli

Qeyd: Göstərilən qiymətlərə vergilər daxildir

S/S Aqrotexniki işlərin adı İş vahidinin  dəyəri
(manat)
1   Şumlama 27sm 42
2   1 ha sahəyə ağır diskli mala ilə malalama 24
3   1 ha sahəyə kultivator torpaqdarayıcı mala (Şirvan malası) çəkilməsi 24
4   1 ha sahəyə diskli mala çəkilməsi 11
5   1 ha sahənin rotasion mala (üfiqi bıçaqlı) ilə yumşaldılması 25
6   1 ha sahədə qaysaq dağıdılması 13
7   Səpinqabağı malalama 19
8   Səpinqabağı hamarlama işləri 10
9   1 ha sahəyə çiyid (pambıq)  səpini 16
10   Suvarma arxlarının çəkilməsi 9
11   Pambıq sahələrində əsas suvarma kanallarının çəkilməsi 15
12   Cərgəarası  kultivasiya işləri 16
13   Cərgəarası  kultivasiya, gübrəvermə ilə 18
14   Qollu çiləyici ilə dərman səpilməsi 13
15   Pambıq kolunun ucunun  vurulması 16
16   1 ha sahədən pambığın  yığılması (birinci yığım) 140
17   1 ha sahədən pambığın  yığılması (ikiinci yığım) 100
18   2-2,5 t yükün (pambıq və çiyid) 1-20 km məsafəyə daşınması 25
19   2-2,5 t yükün (pambıq və çiyid)  21-30 km məsafəyə daşınması 32
20   2-2,5 t yükün (pambıq və çiyid) 31-50 km məsafəyə daşınması 50
21   2-2,5 t yükün (pambıq və çiyid) 51-70 km məsafəyə daşınması 67
22   2-2,5 t yükün (pambıq və çiyid) 71-90 km məsafəyə daşınması 83
23   5 t yükün (pambıq, yanacağ, çiyid, su) 1-20 km məsafəyə   daşınması 36
24   5 t yükun (pambıq, yanacağ, çiyid, su) 21-30 km məsafəyə daşınması 53
25   5 t yükün (pambıq, yanacağ, çiyid, su) 31-50 km məsafəyə daşınması 67
26   5 t yükün (pambıq, yanacağ, çiyid, su) 51-70 km məsafəyə daşınması 85
27   5 t yükün (pambıq, yanacağ, çiyid, su) 71-90 km məsafəyə daşınması 104
28   Çöpün doğranması 18
29   1 ha sahəyə dənli bitkilərin toxumunun  səpilməsi 13
30   1 ha sahəyə mineral gübrə verilməsi 10
31   Ventilyatorlu çiləyici ilə dərman səpilməsi 15
32   1 ha sahədən taxıl biçini (bütün kombaynlarla) 48
33   Qarğıdalının dən üçün yığımı 87
34   Günəbaxanın dən üçün yığımı 86
35   Yoncanın toxum üçün biçilməsi 94
36   Çəltik biçini  (taxıl kombaynı ilə Aran rayonları üçün) 91
37   Çəltik biçini  (taxıl kombaynı ilə Lənkəran rayonu üçün) 165
38   Soya və noxud biçini 74
39   Yaşıl yemin və qarğıdalının silos üçün biçilməsi (kombaynla) 89
40   1 ha yem bitkilərinin özüyeriyən otbiçənlə biçilməsi (LZ-3.2W) 28
41   1 ha-dan  otun  rotorlu otbiçənlə biçilməsi 18
42   1 ha sahədən çuğundur çıxarılması 76
43   1 ha sahəyə kartof basdırılması 62
44   1 ha sahədən kartof çıxarılması 50
45   Ot, küləşin (1000 ədəd kipin 1 gündə) preslənməsi  123
46   Çala qazanın bir gündəki iş norması (120 çala/gün) üçün 75
47   2 cərgəli silos biçənlə 1 ha qarğıdalı sahəsinin biçilməsi 64
48   3 cərgəli silos biçənlə 1 ha qarğıdalı sahəsinin biçilməsi 76
49   Lazerli  mala ilə torpağı düzləndirmə 223
50   Rotasion mala (şaquli bıçaqlı) ilə sahənin malalanması 46
51   DC-70 G mini çəltik kombaynı ilə 1 ha sahədən çəltik biçini  123
52   Laverda kombaynı ilə çəltik biçini - Aran rayonları üçün 131
53   Laverda kombaynı ilə çəltik biçini - Lənkəran rayonu üçün 181
54   3  və 5 gövdəli  vərdənəli  riperlə 1 ha sahənin yumşaldılması 51
55   7 gövdəli AGK-HYDRO-7 markalı vərdənəli riperlə 1 ha sahənin     yumşaldılması 59
56   9 gövdəli AGK-HYDRO-9  markalı vərdənəli riperlə 1 ha sahənin   yumşaldılması 65
57   Quru peyininin sahəyə səpilməsi 43

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC