Son xəbərlər

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində cari ilin ilk innovasiya festivalı keçirilib.

           Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində cari ilin ilk innovasiya festivalı keçirilib.

 Festivalda “Aqroservis” ASC tərəfindən də aqrar sahədə istifadə olunan müasir innovativ texnikalar Frez hidravlik becərən ağacarası KHDR 200, Mala rotasion (dik bıçaqlı) KDF 120/250 , Cərgə arası becərən hidravlik frez "KÖYLÜ" , Çiləyici ventilyatorlu 2000 lt. “Öntar” avadanlıqlar nümayiş olunub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib, maarifləndirmə işləri görülüb.           

          Öncəki təqdimatlardan fərqli olaraq bu festivalda digər iştirakçılarla yanaşı “AMEA-nın Elm və Texnologiya Parkı” MMC, Energetika Nazirliyinin Bərpa olunan Enerji Mənbələri Dövlət  Agentliyi  və 10-a yaxın yerli şirkət öz innovativ məhsul və texnologiyalarını nümayiş etdirib.

          Mütəxəssislər tərəfindən festival iştirakçılarına tərkibi qida maddələri ilə zəngin olan kinoa, amarant, xaşa, sorqo, yonca, reiqras, raps bitkiləri, biohumus, torpaq frezi, smart arı yeşiyi, sublimator, “smart moles” sensoru, “NF010” və “qızılquş” dronları, tütün və meyvəqurudan texnikaları barədə ətraflı məlumat verilib.

        Yerli mütəxəssislər tərəfindən istehsal olunan sublimator- arı pətəyinin təmassız olaraq dərmanlanması prosesini həyata keçirən qurğudur.

        Solis rotovator - kiçik bağ traktorlarına qoşulur, şum edildikdən sonra torpağın doğranılması və hamarlanması üçün istifadə edilir.

        Dik bıçaqlı rotasion mala-  qoşqu tipi asma olan bu qurğu şum edildikdən sonra torpağın yumşaldılması üçün istifadə edilir.

        Smart Moles sensoru- innovativ kök nəmlik sensor sistemidir.

        Sairs təyziqli su boru şəbəkəsi- mərkəzləşmiş ağıllı təzyiqli suvarma sistemi şəbəkəsidir.

        Alternativ enerji mənbələri ilə çalışan su nasosları- günəş panelləri ilə alınan enerjidən istifadə edərək suvarma həyata keçirilir.

       Quşqovan aparat- xüsusi elektromaqnit şüaları buraxaraq quşlara təsir edərək onları ərazidən uzaqlaşdırır.

       Regionlarda fermerlərin böyük marağına səbəb olan yaşıl yem konteyneri heyvandarlıq sahəsi üçün ekoloji baxımdan təmiz, qidalı yaşıl yem hazırlayan qurğudur. Yüksək qidalılıq dəyərinə malik sorqo bitkisi şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhət onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir.

Kinoa yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik taxıl növüdür ki, həm insan qidasının həm də heyvanların yem bazasının əsasını təşkil edir. Raps əsasən kənd təsərrüfatı heyvanları üçün şrot, jmıx kimi yüksək kalorili yem istehsalında tətbiq edilir.

Yüksək protein və enerji dəyərinə malik maralfalfa heyvandarlıq sahəsi üçün xüsusi əhəmiyyətə malikdir.

İştirakçılar tərəfindən maraqla qarşılanan festivalın ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC