Son xəbərlər

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Aqroservis ASC və Dövlət Toxum Fondu Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri təşkil edib.
Öncə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımının tarixi xronikasını əks etdirən videoçarx nümayiş olunduqdan sonra tədbirdə çıxış edən Aqroservis ASC-nin sədr müavini İlyas Həsənov Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdiyini söyləyən Aqroservis ASC-nin sədr müşaviri İsrafil İsmayılov əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş olunmasından, şəhərin barbarcasına yerlə-yeksan edilməsindən ətraflı danışıb.

Anım mərasimində çıxış edənlər Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində ilk məqsədyönlü fəaliyyətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını diqqətə çatdırıblar. Natiqlər çıxışlarında 44 gün sürən döyüşlər nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdiyini, şəhidlərimizin, Xocalının günahsız qurbanlarının qisasının alındığını bildiriblər.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC