Son xəbərlər

“Aqroservis” Xaçmaz Texnika Satış Mərkəzində “Açıq qapı sərgi-satış yarmarkası” keçirib

“Aqroservis” ASC fermerlərin texnika alışına olan əlçatanlığını təmin etmək, məsafə, vaxt itkisi və əlavə məsrəflərin qarşısının alınması məqsədilə Xaçmaz Regional Nümayəndəliyində texnika satışına başlayıb. Buna kimi Səhmdar Cəmiyyətin yalnız 3 yerdə Şirvan, Ucar rayonlarında və Gəncə şəhərində texnika satış mərkəzi fəaliyyət göstərirdi. Ölkənin şimal rayonları xüsusilə, kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə məşğulluğun daha çox olduğu şimal bölgəsində fermerlər artıq uzaq məsafə və zaman itkisi yaşamadan “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində istənilən növ müasir, innovativ texnika və avadanlığı əldə edə biləcəklər.

Bu məqsədlə martın 5-də Səhmdar Cəmiyyətin Xaçmaz Regional Nümayəndəliyində “Açıq qapı sərgi-satış yarmarkası” keçirilib. Yarmarkaya çıxarılan texnikaların mərkəzi ofisə gəlmədən 40% güzəştlə operativ şəkildə lizinq və nağd yolla satışı təşkil edilib. Açılış günündə fermerlər üçün müxtəlif aksiya və kampaniyalar də təşkil edilib.

Satış mərkəzində nümayiş olunan bütün texnikalar bazar qiymətlərindən 10% endirimli qiymətlərə satılıb. “Açıq qapı” günündə xüsusi olaraq bir neçə adda texnika əlavə 5% endirim olmaqla bazar qiymətlərindən 15% aşağı qiymətlərə fermerlərə təklif edilib. Bundan başqa, müxtəlif aqreqatların alışı zamanı 2 illik zəmanət, 1 illik texniki baxış, 1 illik “AgroUber” mobil platformasından ödənişsiz istifadə imkanı, çatdırılma, quraşdırma və texnikanın istifadə qaydalarına dair təlimat alıcılara hədiyyə edilib.

Tədbirdə fermerlər endirimlərdən yararlanaraq müxtəlif sayda aqreqatlar-mala, 5 korpuslu kotan, hidravlik otbiçən, gübrəsəpən, ot-küləş presləyən, rotorlu otbiçən, ot dırmığı və 1 ədəd də Belarus MTZ 892.2 traktoru əldə ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Səhmdar Cəmiyyətin Texnika və texnoloji avadanlıqların satışı və təşkili şöbəsinin müdiri Rasim İsmayılov bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd qarşıdakı yeni becərmə və məhsul yığımı mövsümündə fermerlərin vəsaitlərinə qənaət etmək, onların yeni innovativ texnikalarla tanış olmasına şərait yaratmaq, bu texnikalara əlçatanlığın təmin etmək, fermerlər arasında əlaqələndirmə yaratmaq, bu sahədə məlumatlandırma aparmaqdır.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC