Son xəbərlər

Aprel ayının 8-dən etibarən “Aqroservis” ASC tərəfindən Masallı DAİM-də New Holland 5.90 Hillside markalı dağ kombaynlarını idarə edəcək mexanizatorlar üçün, ödənişsiz təlimlərə start verilib.

2022-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexaniztorların təlimləri davam etdirilir. Düzən sahələrdə biçini aparan kombaynlarla yanaşı, dağlıq və çətin relyefli sahələrdə biçin aparacaq innovativ, yeni nəsil New Holland 5.90  Hillside dağ kombaynlarını idarə edəcək mexanizatorlar üçün təlimlər başlayıb.

Aprel ayının 8-dən etibarən “Aqroservis” ASC tərəfindən Masallı DAİM-də New Holland şirkətinin dəstəyi ilə New Holland 5.90  Hillside markalı taxılyığan kombaynları idarə edəcək mexanizatorlar üçün, ödənişsiz təlimlərə start verilib. Təlimə 1 qrup olmaqla, 13 nəfər mexanizator cəlb edilib və 2 gün davam edəcək. Qeyd edək ki, təlimlər pandemiya qaydalarına uyğun olaraq həyata keçirilir.

Təlimlərin keçirilməsində əsas məqsəd MDB məkanında ilk dəfə Azərbaycan respublikasına gətirilən və çətin relyefli sahələrdə biçin aparan bu texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsi, dəqiq texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, qaydalarının, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və texnikanın istismarı zamana yarana biləcək təhlükəzlik qaydalarına düzgün riayət edilməsinin öyrədilməsidir.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntülü, əyani vasitələrdən istifadə edilməklə interaktiv və kombaynı idarə etməklə, üzərində işlər aparmaqla  praktiki formada tədris olunur.

Təlimdən sonra keçirilən imtahanı uğurla bitirən hər bir mexanizatora sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexaniztorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.

 

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC