Son xəbərlər

27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Aqroservis ASC və Dövlət Toxum Fondu 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Aqroservis ASC-nin İdarə Heyətinin Sədri Elmin Rəhmanov bildirib ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci il 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq şanlı 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. E.Rəhmanov vurğulayıb ki, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır.

Daha sonra Aqroservis ASC sədrinin müşaviri İsrafil İsmayılov çıxış edərək 44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş və ya sağlamlığını itirmiş hər bir vətəndaşın daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını bildirmişdir.

Qeyd olunub ki, zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.

Sonda Anım Gününə həsr olunmuş video nümayiş etdirilib. 

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC