Son xəbərlər

18 Iyun "İnsan Hüquqları Günü" münasibətilə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində tədbir təşkil edilib

18 Iyun "İnsan Hüquqları Günü" münasibətilə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində tədbir təşkil edilmişdir. Tədbirdə əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyi diqqətə çatdırılıb. Həmçinin, tədbirdə vətəndaş hüquqları və onların müdafiəsi, habelə Cəmiyyətə daxil olan vətəndaş müraciətlərinin cavablandırılması, icrasına nəzarət haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Sonda vurğulanmışdır ki, gələcəkdə də insan hüquq və azadlıqları mövzusunu əhatə edən təlim və tədbirlərin keçirilməsi istiqamətində işlər görüləcək.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC