Son xəbərlər

"Aqroservis" ASC "İtaliya-Azərbaycan Bağçılıq Sərgisi"ində öz stendi ilə iştirak edib

“Aqroservis" ASC ADA Universitetində ADA Uni və İtaliyanın “MacFrut” sərgisi İtaliya–Azərbaycan Ticarət İnstitutu, (İTAZERCOM) və digər qurumların təşkilatçılığı ilə ölkədə ilk dəfə keçirilən "İtaliya-Azərbaycan Bağçılıq Sərgisi"ində öz stendi ilə iştirak etdi.
ASC stenddə aqrar sahədə xüsusən də bağçılıq sahəsində ölkədə tətbiq edilən yeni, innovativ texnika və texnologiya, mineral gübrələrin tətbiqi və s. mövzularda məlumatlar verir, interaktiv video çarxlar nümayiş etdirir. Həmçinin, ASC öz əməkdaşının bu sərgi əsnasında keçirilən “ Dayanıqlı bağçılıq sertifikat” proqramında təhsilini təmin etmişdir. Proqramda regionda bağçılığın inkişafı üçün kompleks addımlar, davamlı bağçılıq sistemləri, ətraf mühitin təsirini minimuma endirməyə və eyni zamanda məhsuldarlığı və uzunmüddətli yaşayışı maksimuma çıxarmağa yönlənmiş metodlar tədris edilir.
ASC-nin bu tədbir və proqramda iştirak etməyinin əsas məqsədi ölkədə baş verən və tətbiq edilən aqrar yenilikləri təbliğ etmək və xaricdə aqrar sahədə baş verən, tətbiq edilən tendenisyaları izləmək, yaxından iştirak etmək və regionda tətbiq etməkdir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC