Faydalı məlumatlar

Mart ayında fermerler Sarımsaq haqqında nəyi bilməlidir

Payiz əkini aparılmış bölgələr də suvarılan sahələrdə il quraqlıq keçirsə, bitkilərə birinci yemləmə gübrəsi verilir, bitkilərin dibi yumuşaldılır və 500 m²/ha norma ilə su verilir. Sahə quruyan kimi bitkilərin dibi yumşaldılır. Yazlıq əkini aparılmış bölgələrdə (dağlıq ərazilərdə) ilk həqiqi yarpaqlar əmələ gəldiyi vaxtda birinci yemləmə, soğanaqlar əmələ gəldikdə ikinci yemləmə, ondan 15-20 gün sonra ücüncü yemləmə gübrəsi verilir. Bu zaman müvafiq qaydada hər yemləmədən sonra bitkilərin dibi yumşaldılır və suvarılır. Lakin bu yemləmələrdən yalnız birincisi bu ayda ola bilar. Yemləmə gübrədi kimi peyin şirəsindən istifadə etmək daha faydalıdır. Bu məqsədlə hər hektar üçün 4 ton peyinə 300 kq superfosfat və kalium gübrədi əlavə olunur va azot gübrəsi ilə birlikdə verilir. Yağıntılı illərdə sahədə həddən artıq su yığılması sarımsağa mənfi təsir edir və bir cox bakterial xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC