Mineral gübrələr və pestisidlərin satışı

zoom1

Karbamid gübrəsi

Qiymət: 20 AZN

Təsir obyekti: Karbamid azot gübrəsidir, tərkibində 46% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Əksərən əlavə yemləmələrdə istifadə olunur. Suda asan həll olur. Turş olmayan torpaqlar üçün məsləhət görülür. Karbamid Co(NH2)2 ağ rəngli kristallik tozdur, 46% amid formada  azota malikdir və zənginləşmiş gübrədir. Suda yaxşı həll olur, hiqroskopikdir, bərkiyərək iriləşə bilir. Sənaye karbomidi qranul şəklində (dənələri 1-3 mm) buraxır. Qranul şəklində olan karbamid quru yerdə saxladıqda bərkləşmir, torpağa verdikdə yaxşı səpələnir. Torpağa verilən karbamid yaxşı həll olur və 2-3 gün ərzində aerob urobakteriyaları tərəfindən ammonium karbonata çevrilir.

Kimyəvi tərkibi: CO(NH2)2

1 tonun satış qiyməti: 500 AZN

1 kisənin (40 kq) satış qiyməti: 20 AZN

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC