Son xəbərlər

“Aqroservis” ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə cəmiyyətin rəhbərliyi və əməkdaşları iştirak ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, iqtisadi islahatların həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı və milli birliyin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən bəhs olunub. Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin uğurlu inkişafının əsasını təşkil edir.

Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad olunub, onun qoyduğu yolun davam etdiriləcəyi bildirilib.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC